8 aprel 2024 at 12:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85438771
T T
0 Persons

Tags

NBC: Amerika İranın İsrailin hərbi kəşfiyyat obyektlərinə hücum etmək qərarından narahatdır

Tehran - İRNA - NBC telekanalı Amerikanın məlumatlı rəsmilərinə istinadən xəbər verib ki, Tehran İranın Dəməşqdəki konsulluğuna hava hücumuna cavab olaraq İsrail daxilində kəşfiyyat və ya hərbi obyektlərə hücum edəcək və Vaşinqton bundan narahatdır.

NBC saytı adlarını açıqlamadığı iki Amerika rəsmisinə istinadən yazıb: “Bayden hökumətinin rəsmiləri İranın Dəməşq konsulluğunun bombalanmasına cavab olaraq İsrail daxilindəki hədəflərə hücum etməyi planlaşdırmasından narahatdırlar.”

Amerikaya aid telekanal bu iki rəsmiyə istinadən əlavə edib: “İsrail daxilində istənilən cavab tədbirinin mülki hədəflərə deyil, hərbi və ya kəşfiyyat hədəflərinə yönələcəyi gözlənilir. Onlar həmçinin bildirdilər ki, Vaşinqton İranın müxtəlif cavab tədbirlərinə necə cavab vermək variantlarını araşdırmağa başlayıb. 

İki məlumatlı amerikalı məmurun sözlərinə görə, bu ölkənin kəşfiyyatının qiymətləndirməsi xəbərdarlıq edir ki, İran Dəməşq hücumuna cavab olaraq çoxlu sayda pilotsuz təyyarə və ya qanadlı raketlərdən istifadə etməklə İsrailin bölgədəki diplomatik və ya konsulluq mərkəzini hədəfə ala bilər. Mənbələr bildiriblər ki, İranın Ramazan ayı bitməmiş cavab verməsi mümkündür.”

Sizin rəyiniz

You are replying to: .